Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Silahlı hücumlar nəticəsində 70-dən çox hərbçi həlak olub

Silahlı hücumlar nəticəsində 70-dən çox hərbçi həlak olub

BBC-nin məlumatına görə, Əfqanıstanda  “Taliban” silahlıları ilə ordu arasında şiddətli döyüşlər davam edir. Mənbənin məlumatına görə Qəndahar, Zabul və Bəğlan vilayətlərindəki silahlı toqquşmalarda sutka ərzində 70-dən çox hərbçi həlak olub. Təhlükəsizlik qüvvələrinin onlarla əməkdaşı yaralanıb. Hücumların qarşısını almağa müvəffəq olan hərbi birləşmələr onlarla “Taliban” silahlısını zərərsizləşdirib. Digər tərəfdən, paytaxt Kabildə kəşfiyyat xidmətinin təlim mərkəzi hücuma məruz qalıb. Davam edən silahlı toqquşmada ölən və yaralananların dəqiq sayı məlum deyil. Əraziyə çox sayda təhlükəsizlik qüvvəsi cəlb olunub. Xatırladaq ki, avqustun 15-də terrorçu-intiharçının paytaxtdakı təhsil müəssisələrinin birində törətdiyi güclü partlayış nəticəsində 48 nəfər həlak olub, 67 nəfər yaralanıb.  Hücuma görə məsuliyyəti hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

16 2018 17:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə