Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Euronews”un məlumatına görə, İspaniya sahillərində bir gündə 500-dən çox miqrant xilas edilib. Bildirilir ki, Aralıq dənizi vasitəsilə İspaniyaya gələn yüzlərlə miqrant xilas edilib

“Euronews”un məlumatına görə, İspaniya sahillərində bir gündə 500-dən çox miqrant xilas edilib. Bildirilir ki, Aralıq dənizi vasitəsilə İspaniyaya gələn yüzlərlə miqrant xilas edilib

Ölkənin dənizdə xilasetmə xidmətinin keçirdiyi əməliyyat nəticəsində bir gündə 500-dən çox miqrant sahilə çatdırılıb. Cəbəlüttariq boğazında 7 qayıqda 240 qaçqın, Alboran dənizində 5 qayıqda 284 nəfər xilas edilib. Son aylarda İspaniyaya miqrant axını kəskin şəkildə artıb. Təkcə avqustun əvvəlindən ölkəyə 2170 qaçqın gəlib. Bununla da il başlayandan İspaniyaya gələn miqrantların sayı 25 000 nəfəri ötüb. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə 2018-ci ilin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 61 500-dən çox miqrant gəlib. 1524 nəfər dənizdə həlak olub və ya itkin düşüb.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

16 2018 17:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Sentyabr 2019 | 11:22
Atəşkəs rejimi 22 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə