Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kimya Elmləri Bölməsi institutlarının fəaliyyəti yüksək qiymətləndirilib

Kimya Elmləri Bölməsi institutlarının fəaliyyəti yüksək qiymətləndirilib

Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Kimya Elmləri Bölməsinin növbəti iclası keçirilib. Əvvəlcə bölmənin akademik-katibi, akademik Vaqif Fərzəliyev gündəlikdəki məsələlər haqqında iştirakçılara məlumat verib.  Sonra bölmənin elmi-tədqiqat institutlarının hesabatı dinlənilib.

NKPİ-nin illik hesabatını institutun elmi işlər üzrə direktor müavini, texnika üzrə elmlər doktoru Təranə Məmmədova, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun illik hesabatını bu müəssisənin direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun hesabatını direktor, akademik Vaqif Fərzəliyev və Polimer Materialları İnstitutunun hesabatını isə qurumun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov təqdim ediblər.

Elmi müəssisələrin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

www.science.gov.az saytı yazır ki, sonda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Kimya Elmlər Bölməsinin cari ildəki fəaliyyətini yüksək qiymətləndirib. Alim bölməyə daxil olan institutlarda il ərzində bütün göstəricilərə əsasən yüksək nəticələrin əldə olunduğunu bildirib. 

 

Əlipənah BAYRAMOV, “Xalq qəzeti”

27 Dekabr 2018 16:37 - ELM
ELM
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə