Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə analoqu olmayan Kağız və Kitab Sənətləri Muzeyi

Türkiyədə analoqu olmayan Kağız və Kitab Sənətləri Muzeyi

İzmir Egey Universiteti şəhər içərisində bir şəhəri, Bornova rayonunun böyük bir ərazisinini əhatə edir. Universitetin Beynəlxalq Əlaqələr İdarəsinin mütəxəssisi Əmrə Ərzincan  ilə ərazidə bir-birindən aralı məsafədə yerləşən ayrı-ayrı korpusları gəzdik. Universitetin Kağız və Kitab Sənətləri Muzeyi ilə tanışlıq məni  kitablar aləminə apardı və ulu tariximizin yaddaşında yaşayan  sənət əsərləri-modern  eksponatlara baxdım.

 Muzeyinin müdiri, sənət tarixçisi Seda Ağırbaş binanın alt və üst mərtəbələrində  yerləşən tarixi və müasir incəsənət əsərləri haqqında bizə məlumat verdi :

 - Egey Universiteti tərəfindən qədim  Leventine köşklərindən biri olan  XIX əsrin Ballian Residencesində qurulmuş muzey 12 dekabr 2012- ci ildən fəaliyyətə başlmışdır. Muzey dünya mədəniyyət tarixinin son 2000-ci illərində əvəzsiz eksponatları, müxtəlif mədəniyyət nümunələri ilə ziyarətçilərə uzun müddətli kağız və kitab sənətinə aid  tarixi məlumatları təqdim edir. Muzey Türkiyədə ilkin  olması, zənginliyi və bənzərsisliyinə görə  beynəlxalq aləmdə də tanınır. Tarixi faktlar, eksponatlarla  zəngin olan  universitet muzeyindən bütün təhsil  səviyyəsindəki tələbələr, tədqiqatçlılar bəhrələnir və ətraflı məlumat əldə edirlər.

Cəmiyyətlərin inkişafında muzeylərin əhəmiyyəti inkar edilə bilməz. Türkiyədə analoqu olmayan Kağız və Kitab Sənətləri Muzeyi Ege Universitetinin Avropa standartlarında olduğunun bir göstəricisidir. Muzeyimizdə kağız istehsalı və sənət əsərlərinə aid olan  müxtəlif kağız və çap mərhələləri, kağızın istehsalı, rəssam kitabları, kitab formatları, kitab ustaları, çap texnikaları, miniatür kitablar və mətbəə bölmələri nümayiş etdirilir. Avropadan Uzaq Şərqə, bizim günlərədək  kağız və kitabın mərhələlərini əks etdrən  nümunələrin olduğu  bu hissədə   700-dən çox əsər ziyarətçilərə təqdim olunur.

Muzeyin modern kağız sənəti  bölümündə IAPMA  üzvü olan rəssamların əsərlərinə geniş yer verilmişdir. Muzeyin açılışında, IAPMA-nın adından çıxış edən Helene Tschacher: muzeyin beynəlxalq tərəfdaşlar arasında unikal bir mövqeyə sahib olduğunu ifadə etmişdir.

Egey Universiteti qurulduğu gündən məlumat və təcrübələrini cəmiyyətlə paylaşmaq məqsədi ilə  rektor professor,  dr. Candeğer Yılmaz, muzeyin kolleksiyası  və daimi sərgilərinin qurulmasına xüsusi bir əhəmiyyət vermişdir. O, demişdir ki, miladdan əvvəl 3500-cü illərdə papirusun istifadəsi ilə  başlanan  kağız tarixi; kağızların cildlənməsilə ortaya çıxan kitabın tarixi bəşəriyyətin bu günə çatdığı sivilizasiya mərhələsinin sehirli , parlaq yoluna bənzəyir.Muzey isə bu işıqlı yolun  bir göstəricisi olacaqdır.

Sevindirici haldır ki, muzeyin koordinatoru, Nedim Sönmez kimi dəyərli insanlarmız var. O, ekspet olaraq bu layihənin Avropadakı qalereya, nəşriyyat evi, sərgi və muzeylərdə keçən 30 illik  bir həyatının və bu yerlərdən əldə edilən təcrübələrin məhsulu olduğunu ifadə etmişdir. Muzey  sivilizasiya tarixinin bu möhtəşəm yolunda  bir səyyahətə doğru yol  ilə getməyi  planlaşdırdıqlarını söyləmişdir.

Muzeyin işərisində daimi sərgilərin açıldığı bir sənət qalereyası da var.

Muzeyin bağçasında dr. Hilmi Kumcuoğlunun ailəsi adından hədiyyə edilən  yardımçı, dosent İlker Yardımcının "Lirik Mesaj"adlı  heykəli də  yer alır. Heykəl, kağız və kitabın  müxtəlif nöqtələrinin birləşməsindən yaranan metal yarpaqların rəmzləşdirilməsidir.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

27 Dekabr 2018 15:45 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə