Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Eynallı kəndinin sakinləri ölkə Prezidentinin ağstafalılara göstərdiyi diqqət və qayğıdan hədsiz razıdırlar

Eynallı kəndinin sakinləri ölkə Prezidentinin ağstafalılara göstərdiyi diqqət və qayğıdan hədsiz razıdırlar

Belə görüşlər Ağstafada tez-tez olur. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq rayonun şəhər, qəsəbə və kəndlərində sakinlərlə vaxtaşırı görüşür, onların problemlərini öyrənir, qarşılaşdıqları çətinliklərlə əlaqədar öz köməyini əsirgəmir. Belə səyyar qəbul-görüş bu dəfə Eynallı kəndində keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, eləcə də rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, hökm sürən ictimai-siyasi sabitliyindən geniş söz açıb. Həmçinin Ağstafada son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələri, yeni-yeni tikilib istifadəyə verilən sənaye, emal, istehsal və xidmət müəssisələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, görülən bütün bu işlər Ağstafanın sosial-iqtisadi inkişafını ən yüksək həddə çatdırmaqla yanaşı son illərdə rayonda minlərlə yeni iş yerləri açılmasına səbəb olmuşdur. Təbii ki, bu addımlar əhalimizin sosial-rifah halının yüksəldilməsi üçün atılır. Qeyd olunub ki, bütün bunlar cənab Prezidentimizin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək dövlət qayğısının bariz nümunəsidir.

Sonra səyyar görüşdə iştirak edən kənd sakinlərinin təklif və müraciətləri qəbul olunub. Çıxış edən sakinlər xüsusilə kəndin mərkəzində qurumuş ağacların kəsilməsini, yeni körpələr evi-uşaq bağçasının inşasını və  subartezian quyusunun qazılması kimi məsələləri ön plana çəkiblər. İcra hakimiyyətinin başçısı qeyd edib ki, hazırda müvafiq texnikalar Tatlı kəndində təhlükə yarada biləcək ağacların kəsilməsinə cəlb olunub. Burada işlər başa çatdıqdan sonra növbə  Eynallı kəndinə çatacaq.

         Kənd sakinləri Ölkə Prezidenti İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildiriblər. Onlar deyiblər ki, bu gün hər bir rayon sakini Ağstafa ilə haqlı olaraq fəxr edir. Təbii ki, hələ görülməmiş işlər, nöqsanlar da var. Lakin hər xırda işi şişirdib aləmə car çəkmək müəyyən yaramaz qüvvələrin işidir. Biz görürük ki, Ölkə Prezidentinin yerdəki səlahiyyətli nümayəndəsi Məhərrəm Quliyev nə qədər məsuliyyətli bir şəxsdir. O bütün günü kənd və qəsəbələrdədir, hər bir evə, mənzilə özü baş çəkir, təmirin keyfiyyəti ilə maraqlanır, adamların əhval-ruhiyyəsini öyrənir. Naşükür ola bilmərik.

Rayon İcra hakimiyyətinin başçısı sakinlərin qaldırdıqları digər məsələlərin həlli istiqamətində aidiyyəti üzrə konkret tapşırıqlarını verib.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 

16 2018 17:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə