Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şollerin arxivi” filminin mükafatı Xarici İşlər Nazirliyinə təqdim edildi

“Şollerin arxivi” filminin mükafatı Xarici İşlər Nazirliyinə təqdim edildi

Hindistanda keçirilən "Lake City International" film festivalında "Ən yaxşı film" kateqoriyasının qalibi olan "Şollerin arxivi" filminin layiq görüldüyü kubok Azərbaycanın Hindistandakı səfirliyi vasitəsilə ölkəmizin Xarici İşlər Nazirliyinə göndərilib. Kubok Xarici İşlər Nazirliyinin ictimai informasiya idarəsinin rəisi Cavanşir Məmmədov, rəis müavini Ceyhun Məmmədov tərəfindən təqdim edilib.

Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın icrası istiqamətində çəkilib. Ekran işi azərbaycanlıların Avropa mədəniyyətinə sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Şirzad Pirallahı, aktyorlar Rövşən Kərimduxt, Ramiz Vəliyev və başqaları rol alıblar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 Dekabr 2018 15:33 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə