Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yeddi gözəl” baletinin səhnə həyatından bəhs edən kitab çap olunub

“Yeddi gözəl” baletinin səhnə həyatından bəhs edən kitab çap olunub

Cari ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunmuş "Балет Кара Караева “Семь красавиц”. История сценической жизни” adlı kitab incəsənət sevərlərin ixtiyarına verilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovanın müəllifi olduğu kitabda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin premyeradan günümüzə qədərki səhnə həyatı təsvir edilir, tanınmış balet ustaları, dirijorlar, rəssamlar, akyorlar haqqında məlumatlar, həmçinin səhnə əsəri ilə bağlı ötən illərdə çap olunmuş afişalar, proqramlar, aktyorların və tamaşaların fotoları oxucunun diqqətinə təqdim olunur.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 Dekabr 2018 15:30 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Sentyabr 2019 | 11:27
Azərbaycan kinosu günləri
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub

Köhnə versiyamızdan xəbərləri izlə