Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İrəvan teatrından “Xocalıya ədalət!” kampaniyasına töhfə

İrəvan teatrından “Xocalıya ədalət!” kampaniyasına töhfə

İrəvan Dövlət Azərbaycan Dram Teatrı dekabrın 25-də Rus Dram Teatrının səhnəsində yazıçı-dramaturq Sabir Şahtaxtının eyniadlı pyesi əsasında hazırlanmış “Ölüm həsrəti” tamaşasının premyerasını təqdim edib.

Tamaşa ilə bağlı fikirlərini bölüşən teatrın direktoru, şair-dramaturq İftixar Piriyev bildirib ki, İrəvan teatrı həmişə milli-vətənpərvərlik mövzularını diqqətdə saxlayıb: “Xocalı soyqırımı nəticəsində erməni əsirliyində amansız işgəncələrə məruz qalan azərbaycanlı qadının həyat dramını əks etdirən “Ölüm həsrəti” pyesi isə teatr tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə səhnələşdirilib. Əsər pyesin ideya və məqsədini aydın şəkildə tamaşaçıya çatdıra bilir. “Xocalıya ədalət!” sülh çağırışıdır. Biz də öz tərəfimizdən sülhsevər dünya ictimaiyyətinə çatdırmaq istəyirik ki, Azərbaycan xalqı olaraq yaşadığımız bu soyqırımın bir daha dünyanın heç bir yerində təkrar olunmasına yol verilməsin”.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Rəşid Rzayev, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Rövşən Cəfərov, Natiq Həziyev, Məhərrəm Musayev, Səmayə İsmayılova, Nicat Mirzəzadə, Əmirulla Nurullayev, Məmməd Zeynalov və Arzuman Tanrıverdiyev çıxış ediblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 Dekabr 2018 15:27 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə