Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saturnun peykində həyat izi aşkarlandı

Saturnun peykində həyat izi aşkarlandı

Tarixdə ilk dəfə olaraq Saturnun peyki olan Enseladda mürəkkəb üzvi molekullar aşkarlanıb.

Bu haqda "Nature" jurnalının 27 iyun buraxılışında məqalə dərc olunub.

Tapıntının təfsilatlı şəkildə araşdırılması və Enselad kimi buzlaq aylarda həyatın mövcudluğu ehtimallarının müəyyən edilməsi məqsədilə ən yaxın zamanda planetin təbii peykinə kosmik aparat göndəriləcək.

Saturnun böyüklüyünə görə altıncı ayının diametri cəmi 505 kilometrdir.

Buna qədər alimlər Enselad şleyflərində yalnız beş atoma qədər böyüklükdə olan üzvi karbon birləşmələri tapa bilmişdi. Hazırda isə onlar azı 15 karbon atomundan ibarət üzvi molekullar aşkarlaya bilib.

Tədqiqatın müəllifi - Heydelberq universitetinin alimi Frank Postberqin dediyinə görə, "su dünyasında" (Enselad) mürəkkəb orqanika ilk dəfədir ki, müşahidə olunur.

Üzvi maddələr  qaynar, sərt və fraqmentləşmiş Enselad nüvəsində aşkarlanıb.

Üzvi maddələr qaynar su ilə birgə məsamələrdən nüvəyə daxil olur,  daha sonra hidrotermal boğazlardan soyuq okeana sovurulur. Bir müddət sonra həmin maddələr qaz köpüklərininin içində okeanın üzərinə qalxa bilir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 2018 12:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə