Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident!
Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Xaricdə ictimai, elmi və lobbiçilik fəaliyyəti göstərən vətənpərvər soydaşlarımız əmindirlər ki, Sizin müdrik siyasətiniz nəticəsində Vətənimiz daha böyük uğurlar əldə edəcək, birliyimiz güclənəcək. 
2001-ci ildə Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndərimizin bütün azərbaycanlıları birliyə çağırması, tarixi Vətənimizi unutmamağımızı, zəngin və qədim mədəniyyətimizi ləyaqətlə təmsil etməyimizi, Azərbaycan dilinin mükəmməl öyrənilməsi və öyrədilməsini tövsiyə etməsi soydaşlarımızı milli fikir ətrafında birləşdirən ən güclü amillərdən biri oldu. Onun Gülüstan sarayında qurultay iştirakçılarına söylədiyi “İnsan Vətəndə doğma torpağından, qürbətdə isə birliyindən qüvvət alır” müdrik kəlamının dərin mənası və böyük əhəmiyyəti var. 
Hörmətlə,

 

Fərhad Turanlı
Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmləri doktoru 

26 Dekabr 2018 23:08 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə