Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Tender 11 lot üzrə keçirilir.
Lot-1.Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının təşkilinin satınalınması.
Lot-2. Beynəlxalq Caz Festivalının təşkilinin satınalınması.
Lot-3. Xalq və milli bayramların təşkilinin satınalınması.
Lot-4. Mədəniyyət ğünləri və tədbirlərin təşkilinin satınalınması.
Lot-5. Teatr və konsert müəssisələrində turniketlərin quraşdırılması işlərinin satınalınması.
Lot-6. Görkəmli incəsənət xadimlərinin yubiley tədbirlərinin, yaradıcılıq və anım gecələrinin təşkilinin satınalınması.
Lot-7. Rostropoviç X Beynəlxalq Musiqi Festivalının təşkilinin satınalınması.
Lot-8. “Gələrsən-görərsən” Şəki Beynəlxalq Uşaq Teatr Festivalının təşkilinin satınalınması.
Lot-9. İnformasiya daşıyıcı tumbalara xidmət işlərinin təşkilinin satınalınması.
Lot-10. Reklam, çap və digər informasiya daşıyıcısı məhsullarının hazırlanması işlərinin satınalınması.
Lot-11. Alüminium Beynəlxalq Müasir İncəsənət  biennalesinin  təşkilinin satınalınması.
Tender iştirakçıları öz tender təkliflərini imzalanmış, möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara və mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
Telefon- +994124939385
 Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət Evi, III mərtəbə
VÖEN- 1700015381
H/h- AZ78CTRE00000000000002178501
Bank rekvizitləri:
Bankın adı- Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi 
VÖEN- 1401555071
S.W.İ.F.T. : CTREAZ22
M/h- AZ41NABZ01360100000000003944
Kod- 210005
Ödənişin təsnifat kodu- 142230
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- -ender təklifi (zərflərin açıldığı tarixdən sonra  ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən  sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi  ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatlar.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlıdır).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 4 fevral 2019-cu il  saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 12 fevral  2019-cu il saat 17.00-dək təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
Təklif zərfləri 13 fevral  2019-cu il  saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

 

Tender komissiyası

 

26 Dekabr 2018 22:55 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 Yanvar 2021 | 01:00
B İ L D İ R İ Ş
19 Yanvar 2021 | 00:59
B İ L D İ R İ Ş
19 Yanvar 2021 | 00:59
Elan
16 Yanvar 2021 | 00:03
B İ L D İ R İ Ş
16 Yanvar 2021 | 00:03
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə