Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki müəssisələrə 2019-cu ilə tələb olunan malların (iş və xidmətlərin) satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 14 (on dörd) lot üzrə keçirilir.
Lot – 1. Mühafizə xidmətinin satınalınması.
Lot – 2. Çirkli paltarlarların yuyulmasının satınalınması.
Lot – 3. İçməli suyun satınalınması (Xəzər rayonu üzrə).
Lot – 4. İçməli suyun satınalınması (Sabunçu və Suraxanı rayonları üzrə).
Lot – 5. Çirkab suyun daşınmasının satınalınması (Xəzər rayonu üzrə). 
Lot – 6. Stomatoloji xidmətlərin satınalınması .
Lot – 7. Xidmət göstəriləcək elektrotexniki avadanlıqlara qoyulacaq ehtiyat hissələrinin satınalınması.
Lot – 8. Elektrotexniki avadanlıqlara (kompüter, printer və kseroks) texniki xidmət göstərilməsinin satınalınması.
Lot – 9. Liftlərə texniki xidmət göstərilməsinin satınalınması. (Xətai rayonu üzrə).
Lot – 10. Liftlərə texniki xidmət göstərilməsinin satınalınması. (Xəzər, Suraxanı və Binəqədi rayonları üzrə).
Lot – 11. Hidravlik qapılara texniki xidmət göstərilməsinin satınalınması. 
Lot – 12. Əmək haqqı proqramının təminatı. 
Lot – 13.Hüquqi xidmət göstərilməsinin satınalınması.
Lot – 14. Daşınma xərclərinn satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi cədvəli hər ay müəyyən edilmiş və 2019-cu il dekabrın 30-dək nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs- Xanlar Hüseynov, telefon- 012 495-38-28. 
Ünvan:Bakı, M. Mirqasımov küçəsi 1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.
Maraqlananlar lotlar üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə işitrak haqqı ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.
İştirak haqqı lot – 1, lot – 2 , lot – 6 və lot – 10 hər biri 100 manat,
lot – 3, lot – 4, lot – 5, lot – 7, lot – 8, lot – 9, lot – 13 və lot – 14, hər biri 50 manat, lot – 11 25 manat, lot – 12 isə 20 manatdır.
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
AD- MNDXA – nın 8 saylı Xəzinədarlıq İdarəsi
KOD- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK: CTREAZ22
H/h- AZ54CTRE00000000000002128202
Kitab- 002736, Fond 7
VÖEN- 1400125591 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün 18 yanvar 2019-cu il saat 16.00 –a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifləri dəyərinin 1 fazi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər: rekvizitləri, qeydiyyat şəhadətnamənin, nizamnamənin və lisenziyanın surəti;
- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub – olmaması haqqında arayış.
İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Tender təklifləri 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə 28 yanvar 2019-cu il saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda yerləşən Bakı Şəhər Baş Səhiyyə İdarəsinə təqdim olunmalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların təklif zərfləri Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda yerləşən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin mərkəzi mühasibatlığında 29 yanvar 2019-cu il saat 10.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştiak edə bilərlər.

 

Tender komissiyası

26 Dekabr 2018 22:37 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 Sentyabr 2020 | 00:50
“Su İdmanı Sarayı” MMC
23 Sentyabr 2020 | 00:43
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə