Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəki “Acı-Nohur” Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi 2019-cu ildə istismar sahələrinin cari təmirinə tələb olunan tikinti materiallarının satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. İstismar sahələrinin cari təmirinə tələb olunan tikinti materiallarının satınalınması.
Mal-materialların təchiz olunma müddəti bir ildir.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə, maliyyə imkanları.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 120 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, Bağbanlar küçəsi 59 nömrəli ünvandan (əlaqələndirici şəxs- Musayev Etiqad Etibar oğlundan (telefon: 4-88-90) ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat: Şəki, “Acı-Nohur” Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi
VÖEN- 3000178451
Adı- Şəki YXO
Hh AZ 03AİİB 32051019447000201170
VÖEN- 3000104011
Bank- “Kapital Bank”ın Şəki filialı 
Kod- 200703
VÖEN: 9900003611
Mh: AZ 37 NABZ 01350100000000001944
S.W.İ.F.T.BİK.ALLBAZ 2 X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair borcun olub-olmaması barədə müvafiq arayışlar;
- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstəribsə, bütün fəaliyyət dövrü üçün);
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- işləri yerinə yetirmək üçün iddiaçıların potensial imkanları haqqında məlumat.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12 fevral 2019-cu il saat 17.00-a qədər Şəki şəhəri, “Acı-Nohur” QOSTSİİ-yə (ünvan- Şəki, Bağbanlar küçəsi 59) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri 13 fevral 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Bu barədə məlumat www.tender.gov.az internet saytında yerləşdirilmişdir.

 

Tender komissiyası

26 Dekabr 2018 22:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 Sentyabr 2020 | 00:50
“Su İdmanı Sarayı” MMC
23 Sentyabr 2020 | 00:43
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə