Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qəribə adam” tamaşasının premyerası olub

“Qəribə adam” tamaşasının premyerası olub

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Binəqədi Mərkəzi Mədəniyyət evində görkəmli türk şairi, yazıçı-dramaturq Nazim Hikmətin “Qəribə adam” əsəri əsasında hazırlanan tamaşanın premyerasını uğurla təqdim edib.

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, bildirib ki, premyerada Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Şahin Səmədov, Binəqədi qəsəbə YAP-ın sədri Ağabala Musayev, Binəqədi rayon MKS-nin kollektivi, qəsəbə sakinləri və 182 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

Tamaşa, izləyicilər tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Rəşid Rzayev, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Rövşən Cəfərov, Natiq Həziyev, Məhərrəm Musayev, Səmayə İsmayılova, Nicat Mirzəzadə, Əmrulla Nurullayev, Məmməd Zeynalov və Arzuman Tanrıverdiyev çıxış ediblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 Dekabr 2018 16:50 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə