Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət Mərkəzində konsert keçirilib

Mədəniyyət Mərkəzində konsert keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirilib.

Aparıcı Eldəniz İsrailov konsert iştirakçılarını salamlayaraq, hər kəsi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.

Daha sonra tanınmış müğənni Aynur Dadaşova konsert proqramı ilə çıxış edib. Onun ifaları tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. Həmçinin müğənni Könül Məmmədlinin və "İncəsənət" rəqs qrupunun ifaları alqışlarla qarşılanıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 Dekabr 2018 16:47 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə