Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığı haqqında kitab çap olunub

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığı haqqında kitab çap olunub

Azərbaycan Respublikası Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq cari ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Munisə Abdullayevanın “Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalar” adlı kitabının nəşri başa çatdırılıb.

Kitab Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalardan bəhs edir, 3 fəsildən ibarətdir:1)Fortepiano üçün “24 prelyüd” silsiləsində ostinato kompleksləri, 2)Polifonik variasiyalar, 3)Qara Qarayevin fortepiano prelyüdlərinin IV dəftərindən fuqa.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 Dekabr 2018 16:37 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə