Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident!
Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram. Eləcə də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərimi qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və rifah arzulayıram. 
Sizin rəhbərliyinizlə məqsədyönlü, ardıcıl və düzgün qurulmuş fəaliyyət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu durmadan artmış, siyasi, sosial-iqtisadi və mədəni sahələrdə möhtəşəm uğurlar qazanılmışdır. Ölkədə müxtəlif irimiqyaslı beynəlxalq layihələrin və tədbirlərin həyata keçirilməsi ənənə halını almış, dayanıqlı inkişafın nümunəvi Azərbaycan modeli formalaşmışdır. 
Bu il yaradılmasının 10-cu ildönümünü qeyd etdiyimiz Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinə daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı ifadə edirəm. Əminliklə qeyd etmək istərdim ki, Sizin məqsədyönlü və çoxşaxəli fəaliyyətiniz türkdilli ölkələr arasında inkişaf etməkdə olan əməkdaşlığa mühüm töhfəsini verməkdə davam edəcəkdir. 
Yüksək hörmət və ehtiramla, 

 

Altınbek MAMAYUSUPOV
Türkdilli Ölkələrin Parlament 
Assambleyasının Baş katibi

26 Dekabr 2018 12:49 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə