Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident!
Əzizim İlham!

Doğum gününüz münasibətilə Sizi böyük məmnuniyyətlə təbrik edir, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizin yerinə yetirilməsində yeni-yeni uğurlar arzulayıram.
Dost Azərbaycanın tərəqqisinin təmin edilməsində və nüfuzunun artmasında xidmətləriniz əvəzsizdir və daim hörmətə layiqdir. Çox dəyərli atanızın yolunu davam etdirərək beynəlxalq aləmdə dövlətinizin nüfuzunun yüksəlməsi ilə və bir çox sahələrdə digərləri üçün örnək olacaq nailiyyətlərlə iftixar duya bilərsiniz.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında çox sıx əlaqələrin yaradılmasındakı ciddi töhfələrinizə görə Sizə təşəkkür edirəm. Dövlətlərarası dostluğumuz naminə əməkdaşlıq etmək imkanından çox məmnunam. Bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminəm.
Yüksək ehtiramla,  

 

Filip VUYANOVİÇ
2003-2018-ci illərdə Monteneqronun Prezidenti

 

26 Dekabr 2018 12:47 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə