Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!
Özbəkistanda yaşayan azərbaycanlılar Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir. Sizin uzun illər apardığınız uğurlu daxili və xarici siyasət nəinki Azərbaycanın iqtisadi, mədəni, mənəvi inkişafında, eləcə də dünyada yaşayan azərbaycanlıların həyatında müsbət səmərə vermişdir. Özbəkistanda fəaliyyət göstərən diaspor təşkilatımız Azərbaycanla bağlı keçirdiyi tədbirlərə digər çoxsaylı xalqların nümayəndələrini dəvət edir və böyük məmnuniyyətlə tarixi Vətənimizdə apardığınız islahatlar haqqında geniş məlumatlar verir.
Dünya birliyinin ən nüfuzlu təşkilatlarına məlumdur ki, Sizin həyata keçirdiyiniz siyasət sayəsində Azərbaycanımız beynəlxalq miqyasda sülhsevər, xalqına əmin-amanlıq gətirən ölkə kimi qəbul edilir. Siz Azərbaycanı onunla əməkdaşlıq etmək istəyən ölkələrə etibarlı dost və tərəfdaş kimi tanıtmısınız. Hətta MDB ölkələrinin bəzi rəhbərlərinin bunu açıq etiraf etməsi Sizə dərin hörmət və minnətdarlığın ifadəsidir.
Özbəkistanda yaşayan azərbaycanlılar Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu islahatları rəğbətlə qarşılayır, Azərbaycanla nəfəs alır, diaspor təşkilatlarına göstərdiyiniz diqqəti hər zaman hiss edir. 
Onu da xüsusi qeyd etmək istərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsi dünyadakı diaspor təşkilatlarımızla çoxsaylı görüşlər keçirir və bu da bizi çox sevindirir.
Möhtərəm cənab Prezident, icazə verin Sizi əmin edək ki, bütün dünya azərbaycanlıları kimi, Özbəkistanda yaşayan diaspor üzvləri də Sizi və Sizin rəhbərliyinizlə Azərbaycanın beynəlxalq miqyasdakı mövqeyini birmənalı şəkildə dəstəkləyəcək.
Sizi bir daha səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, ailə səadəti, Azərbaycanın inkişafı, azərbaycanlıların rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirik.

 

Firdovsi HÜSEYNOV
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri 

 

26 Dekabr 2018 12:47 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə