Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Avropa yəhudiləri icması adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.
Yəhudilərin inancına görə, doğum günü elə bir gündür Tanrı həmin gündə qərara gəlir ki, dünya Sizsiz mövcud ola bilməz.  
Ölkəmizdə yaşayan bütün xalqlar kimi, biz - Azərbaycan yəhudiləri də respublikamızın yalnız Sizin müdrik rəhbərliyiniz sayəsində inkişaf və tərəqqi etdiyinin şahidiyik.  
Biz böyük sevinc hissi ilə Sizə möhkəm cansağlığı, uzun ömür və hamımıza doğma olan Azərbaycanın rifahı naminə səmərəli fəaliyyət arzu edirik. 
Tanrı Sizi qorusun!
Dərin hörmətlə, 

 

Aleksandr ŞAROVSKİ
Avropa yəhudilərinin Bakı dini icmasının sədri
Yevgeni BRENNEYSEN
Avropa yəhudilərinin Bakı dini icması sədrinin müavini
Şneor SEQAL
Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini

 

26 Dekabr 2018 12:45 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə