Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏƏSMN-nin aparatına rəhbər təyin olunub

ƏƏSMN-nin aparatına rəhbər təyin olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, Hidayət Abdullayev nazirliyin aparatının rəhbəri vəzifəsinə təyin olunub.

H.Abdullayev 1979-cu ildə anadan olub.  2000-ci ildə  Bakı Dövlət Universitetinin filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magist dərəcəsini alıb.

1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə, 2007-ci ildən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru,  2008-ci ildən sığorta və bank sistemində, eləcə də bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarəolunması sahələrində çalışıb.

2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.

2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri olub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 Dekabr 2018 12:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə