Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reabilitasiya kursu keçən uşaqlar üçün bayram tədbiri

Reabilitasiya kursu keçən uşaqlar üçün bayram tədbiri

Yeni ilin gəlişi ərəfəsində uşaqlar hamıdan çox sevinir.  Bunu nəzərə alan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən uşaqlar üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.

Tədbirdə rebilitasiya xidmətinin rəisi Cavid Əbdül-Qədirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə bərpa-müalicə infrastrukturunun təkmilləşdirilməsinə diqqət və qayğısından bəhs edib, bu qayğı nəticəsində Uşaq Bərpa Mərkəzində də müasir tələblər səviyyəsində reabilitasiya şəraiti yaradıldığını vurğulayıb.

Mərkəzin baş həkimi Şaban Eyvazov müəssisədə sağlamlıq imkanları məhdud uşaqların fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü,  sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edildiklərini diqqətə çatdırıb.

Rəsmi hissədən sonra mərkəzdə reabilitasiya kursu keçmiş Sürəyya Dadaşovanın rəsm sərgisinə baxış olub.

Yeni il münasibətilə təşkil edilən bayram şənliyi musiqili-əyləncəli proqramla davam edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 Dekabr 2018 12:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə