Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!
Doğum gününüz münasibətilə 30 dövlətin işgüzar dairələrinə aid təşkilatları birləşdirən Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi, Moldova Milli Sənayeçilər və Sahibkarlar Konqresi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin. 
Sizin üçün bu əlamətdar gündə Sizə səmimi qəlbdən firavanlıq, əla əhval-ruhiyyə və nikbinlik arzu edirik.
Siz öz insani və işgüzar keyfiyyətləriniz sayəsində haqlı olaraq Sizi tanıyan insanların hörmətini qazanmısınız. İşləriniz həmişə uğurlu olsun.
Sizə xoşbəxtlik, tükənməz yaradıcılıq qüvvəsi, möhkəm cansağlığı, firavanlıq, Azərbaycan xalqının rifahı və beynəlxalq birlik naminə çoxşaxəli fəaliyyətinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayırıq. 
Qoy dostlarınızın və doğmalarınızın dəstəyi bütün maneələri aradan qaldırmaqda Sizə kömək etsin, hər yeni gün Sizə sevinc gətirsin!
Dərin hörmətlə,  

 

Vasili TARLEV
Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi Şurasının sədri, Moldova Milli Sənayeçilər və Sahibkarlar Konqresinin prezidenti

26 Dekabr 2018 12:16 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə