Ən son xəbərlər
Bu gün Sankt-Peterburqda başlanacaq kişi və qadın şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan təmsilçılərinin sıraları bir qədər də genişlənmişdir. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Zeynəb və Türkan Məmmədyarovalar, Günay Məmmədzadə ilə yanaşı, çempionatın medalları uğrunda Gülnar Məmmədova da mübarizə aparacaq.
Dünya çempionatı rapid turniri ilə start götürəcək. Bu yarışın 204 iştirakçısı, o cümlədən 144 qrossmeyster qalib və mükafatçıları üç gün ərzində keçiriləcək 15 turun görüşlərində müəyyənləşdirəcəklər. Qadınların isə rapid turnirində 123 rəqib (70-i qrossmeysterdir) yarışacaq.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə