Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert proqramı təşkil olunub.

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert proqramı təşkil olunub.

Konsertdə əslən bakılı olan pianoçu və opera müğənnisi, musiqişünas-pedaqoq Lada Atlantovanın yetirmələri çıxış ediblər. Konsertdən əvvəl L.Atlantova bu konsert üçün yaradılan şərait və əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib.

Moskva İncəsənət Akademiyasında opera müğənniliyi kafedrasına uzun illər rəhbərlik edən Lada Atlantovanın tələbələri konsertdə Avropa bəstəkarlarının Milad və Yeni ilə həsr olunmuş əsərlərini ifa ediblər. Konsert proqramında bəstəkar Gennadi Qladkovun “Bremen şəhəri musiqiçiləri” cizgi filmi üçün bəstələdiyi və dahi Müslüm Maqomayevin ifasında şöhrət tapan “Trobadurun serenadası” əsəri də ifa olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

25 Dekabr 2018 14:10 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə