Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ: əcdadlarımızın mirası” sənədli filminin təqdimatı

“Qarabağ: əcdadlarımızın mirası” sənədli filminin təqdimatı

"Holiday Inn Baku Hotel"də "Qarabağ: əcdadlarımızın mirası" sənədli filminin təqdimat mərasimi keçirildi.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və "Virtual Qarabağ" İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alimlər Nazim Mustafa və Ramin Əlizadə, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.

Tədbirdə həmçinin, "Cəbrayıl - virtual səyahət" 3D qrafik təsvirli filmin də təqdimatı oldu.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 Dekabr 2018 14:06 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə