Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP üzvlüyünə qəbul edilənlərə vəsiqələr təqdim edilib

YAP üzvlüyünə qəbul edilənlərə vəsiqələr təqdim edilib

“Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan və ötən dövrdə böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizdə bütün sahələrdə tarixi nailiyyətlərin əldə olunmasında mühüm xidmətlər göstərib. YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti, partiyanin sədri İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil və partiya, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib”.-- Bu fikirləri YAP-ın Yasamal rayonu S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının növbəti iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

İclas YAP-a üzv olmuş əməkdaşlara partiya vəsiqələrinin təqdim olunması və təşkilata üzv olmaq üçün ərizələrin qəbulu məsələlərinə həsr olunub.

Nazir müstəqil dövlətimizin qurulması və  möhkəmləndirilməsində partiyanın xidmətlərindən bəhs edib. S.Babayev regionun ən güclü siyasi təşkilatı olan, cəmiyyətin böyük inam və etimad göstərdiyi YAP-ın bu gün 730 minə yaxın insanı öz sıralarında birləşdirdiyini deyib. Nazir YAP-ın Yasamal rayonu S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının fəaliyyətini qeyd edərək, hazırda burada 300-ə yaxın əməkdaşın əhatə olunduğunu deyib. S.Babayev nazirliyin Aparatı, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Əmək Müfəttişliyi  Xidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti üzrə YAP üzvləri olanların sayının isə 5500 nəfərdən çox təşkil etdiyini bildirib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın fəaliyyətinin azərbaycançılıq əqidəsinə, milli maraq və mənafelərin təminatına, ölkənin dinamik inkişafına sədaqətlə xidmət göstərmək məramına əsaslandığını vurğulayıb, bu səbəbdən bu partiyanın sıralarına qoşulanların sayının getdikcə artdığını qeyd ediblər.

Sonra nazirliyin Aparatı və struktur bölmələri üzrə YAP-a üzv qəbul olunmaq üçün ərizə ilə müraciət etmiş 57 nəfər əməkdaşa partiyanın üzvlük vəsiqələri təqdim olunub. Həmçinin partiyanın sıralarına qoşulmaq istəyənlərin ərizələri qəbul edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 Dekabr 2018 12:40 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin