Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri  cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!
İcazə verin Sizə dərin ehtiramımı bildirim və doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edim.
Azərbaycan daha çox Sizin sayənizdə beynəlxalq aləmdə yüksək nüfuz qazanıb, dövlətçiliyin möhkəmləndirilməsi sahəsində böyük nəticələrə və hərtərəfli inkişafa nail olub.  
Biz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir və qarşılıqlı fəaliyyətin bütün sahələrində Həştərxan vilayəti ilə əməkdaşlığın genişlənməsinə ayırdığınız daimi diqqətə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk. 
Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizə səmimi qəlbdən uzun ömür, tükənməz quruculuq enerjisi, ailə səadəti, Vətənin rifahı naminə fəaliyyətinizdə uğurlar və yeni zəfərlər diləyim.
Hörmətlə,

 

Sergey Morozov
Rusiyanın Həştərxan vilayəti 
qubernatorunun vəzifəsini icra edən 

25 Dekabr 2018 00:20 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə