Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri  cənab İlham Əliyevə

Zati-aliləri!
Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Moldova Respublikası Sosialistlər Partiyası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin. 
Bu əlamətdar gündə məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə tərəqqiyə, rifaha nail olub, siyasi, iqtisadi və mədəni sahələrdə uğurlar qazanıb. 
Moldova Respublikası Sosialistlər Partiyası Yeni Azərbaycan Partiyası ilə dostluq əlaqələrinə böyük əhəmiyyət verir. Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, Yeni Azərbaycan Partiyası ilə Moldova Respublikası Sosialistlər Partiyası arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan hərtərəfli əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək. 
Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm. 
Dərin hörmətlə, 

 

Zinaida Qreçanıy
Moldova Respublikası Sosialistlər Partiyasının sədri,  Moldova parlamentində MRSP fraksiyasının və Rusiya Federasiyası ilə dostluq qrupunun rəhbəri

25 Dekabr 2018 00:20 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə