Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!
İcazə verin, doğum gününüz münasibətilə Sizə GUAM-ın Katibliyinin beynəlxalq heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırım. Sizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, Azərbaycanın daha da inkişafı naminə uzun illər boyu səmərəli fəaliyyət arzu edirəm!
Azərbaycan uzun illərdir ki, Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi və ictimai-siyasi həyatın bütün istiqamətləri üzrə parlaq nailiyyətlər nümayiş etdirir. 
Sizin yürütdüyünüz ardıcıl, uzaqgörən daxili və xarici siyasət milli mənafelərin irəli çəkilməsi və ölkənin beynəlxalq iqtisadiyyata inteqrasiyası üzrə bir sıra mühüm strateji layihələrin uğurla həyata keçirilməsinə təminat verib. Bu siyasət həm də strateji əhəmiyyətli Qara dəniz-Xəzər dənizi məkanında Azərbaycanın mövqelərinin və geosiyasi rolunun möhkəmlənməsini təmin edib, bu regionun dünyada baş verən proseslərə daha sıx inteqrasiyasına kömək edib. 
İnstitusional, iqtisadi və sosial sahələrdə islahatlar proqramının uğurla reallaşdırılması idarəçiliyin səmərəliliyinin artırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına, əhalinin rifahının yüksəlməsinə, cəmiyyətin daha da demokratikləşməsinə şərait yaradıb. Bütün bunlar Azərbaycan vətəndaşlarının keyfiyyətli həyat səviyyəsinin durmadan yüksəlməsində öz əksini tapıb. 
Azərbaycanın beynəlxalq nüfuzu da artır. Azərbaycanın fəal, çoxvektorlu və tarazlaşdırılmış xarici siyasəti ölkənin iqtisadi və müdafiə qüdrətini durmadan artıraraq regionda və onun hüdudlarından kənarda sabitliyin qarantına çevrilib, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi üçün ilkin şərait yaradır.
Beynəlxalq ictimaiyyət mədəniyyətlərarası dialoqun və xalqlar arasında qarşılıqlı anlaşmanın, multikulturalizmin və tolerantlığın təbliğinin inkişafı üçün Sizin yorulmadan göstərdiyiniz səyləri və Azərbaycanın bu işə töhfəsini yüksək qiymətləndirir. 
Zati-aliləri, biz Demokratiya və İqtisadi inkişaf uğrunda təşkilatın – GUAM-ın əsasını qoymuş dövlətlərdən biri kimi Azərbaycanın bizim strateji tərəfdaşlar olan dost ölkələr arasında əməkdaşlığın daha da inkişaf etməsinə və dərinləşməsinə töhfəsini yüksək qiymətləndiririk. GUAM-ın coğrafiyası üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli maraqlarının inkişafı və müdafiəsi üçün ən mühüm məkanlardan biridir. Əminik ki, GUAM çərçivəsində əməkdaşlıq potensialının reallaşdırılması strateji əhəmiyyətli bu coğrafiyanın sülh, sabitlik, təhlükəsizlik və firavanlıq məkanına çevrilməsinə, ölkələrimizin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə xidmət edəcək. 
Hörmətli İlham Heydər oğlu, icazə verin, fürsətdən istifadə edib bu bayramqabağı günlərdə Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə təbrik edim, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və ölkənin daha da firavanlaşması naminə planlarınızın həyata keçirilməsində uğurlar diləyim. Qəti əmin olduğumu bildirirəm ki, qarşıdan gələn yeni il Azərbaycan xalqının yeni uğurları və qələbələri ilə əlamətdar olacaq.
Dərin hörmətlə, 

 

Altay Əfəndiyev
GUAM-ın Baş katibi 

25 Dekabr 2018 00:19 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə