Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri  cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
İcazə verin Sizi doğum gününüz münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim. 
Sizin yorulmaz fəaliyyətiniz sayəsində qardaş Azərbaycan bütün sahələrdə, dövlət quruculuğu istiqamətində və beynəlxalq miqyasda əhəmiyyətli uğurlar əldə edib, beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvünə çevrilib.
Azərbaycanın Sizin rəhbərliyinizlə dünya miqyasında mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa, multikulturalizm ənənələrinin inkişafına, sülh və tolerantlığın təmin olunmasına verdiyi töhfə ölçüyəgəlməzdir.
Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.
Dərin hörmət və ehtiramla,

 

Darhan Kıdırali
Beynəlxalq Türk Akademiyasının Prezidenti

25 Dekabr 2018 00:18 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə