Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Sizi doğum gününüz münasibətilə “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmdarları Helmut Klassın və Katrina Klaas-Mülhoyzerin, eləcə də “CLAAS” MMC-nin bütün kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. 
Sizə möhkəm cansağlığı və prezidentlik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy Sizin səyləriniz Azərbaycan Respublikasına bundan sonra da rifah, sabitlik və sülh gətirsin! 
Fürsətdən istifadə edərək, uzun illik uğurlu əməkdaşlığa görə Sizə təşəkkürümü bildirirəm. Eyni zamanda, Azərbaycanın “CLAAS” şirkəti üçün oynadığı strateji rolu xüsusi qeyd etmək istəyirəm. Biz həmişə öz fəaliyyətimizdə Azərbaycan fermerlərinin “CLAAS” şirkətinin kənd təsərrüfatı texnikası və xidmətlərindən yararlanmalarına və məmnun qalmalarına çalışırıq.
Dərin hörmətlə,

 

Bernd Lüdeviq 
Almaniyanın “CLAAS Global Sales” 
Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin üzvü, 
satış və marketinq üzrə icraçı direktor

25 Dekabr 2018 00:17 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə