Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri  cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə “VTB Bank”ın idarə heyəti və kollektivi adından, şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.
Siz artıq 15 ildən çoxdur ki, hamı tərəfindən qəbul edilmiş lider olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsində enerjinizi, müdrikliyinizi və təcrübənizi ölkənin inkişafının və onun vətəndaşlarının firavanlığının təmin edilməsinə yönəldirsiniz. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına, regional sabitliyin və qarşılıqlı iqtisadi fəaliyyətin təmin edilməsi üzrə beynəlxalq səylərə Sizin şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirirlər. 
Sizin Rusiya ilə Azərbaycanın işgüzar birlikləri arasında əməkdaşlıq məsələlərini daim diqqətdə saxlamağınız ikitərəfli ticari və investisiya əlaqələrinin genişlənməsində mühüm rol oynayır. 
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun VTB kapitalında iştirakını yüksək qiymətləndiririk. Bunda dostluq, etimad və ölkələrimiz arasında səmərəli əlaqələrin möhkəmlənməsinə yönəldilmiş güclü kurs görürük. 
Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, məsul işinizdə uğurlar diləyirəm.
Hörmətlə, 

 

Andrey Kostin
Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin  prezidenti – idarə heyətinin sədri 

 

25 Dekabr 2018 00:14 - MƏKTUBLAR
MƏKTUBLAR
14 Oktyabr 2019 | 22:53
Şahmatçı Aydın Süleymanlıya
4 Oktyabr 2019 | 23:51
Qrossmeyster Teymur Rəcəbova
26 Sentyabr 2019 | 23:46
Azərbaycanın yəhudi icmasına

Köhnə versiyamızdan xəbərləri izlə