Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN  QƏRARI
№ 558 Bakı şəhəri, 22 dekabr 2018-ci il
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “İçərişəhər” Muzey Mərkəzinin yaradılması haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin, “İçərişəhər” tarix muzeyinin və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında “İçərişəhər” Muzey Mərkəzi yaradılsın.
2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə tapşırılsın ki, “İçərişəhər” Muzey Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etsin. 
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə