Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizə gələn turistlərin sayı artıb

Ölkəmizə gələn turistlərin sayı artıb

Bu ilin  yanvar-noyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər artıb, bununla da sərhədlərimizi keçən səyahətçilərin sayı təxminən 2,5 milyona çatıb. Bu barədə Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65%-ni təşkil edib.

Ənənəvi olaraq, Pakistan, Hindistan və Türkmənistan Asiya, BƏƏ, Səudiyyə Ərəbistanı və İraq isə Yaxın Şərq bölgəsinin əsas bazarları olaraq qalıb.

Müsbət artım tendensiyası ilə yanaşı azalma da müşahidə olunan bölgələr mövcuddur. Belə ki, 2017-ci ildə Rusiya və Gürcüstandan sonra Azərbaycan turizminin üçüncü ən böyük bazarı olan İrandan gələn səyahətçilərin sayı 2018-ci ilin yanvar-noyabr ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 33% azalıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

24 Dekabr 2018 18:01 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin