Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni yağış-kanalizasiya xətləri çəkilir

Yeni yağış-kanalizasiya xətləri çəkilir

Dövlət başçısının tapşırığına əsasən Bakı şəhərinin küçə və prospektlərində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirib.

Tədbirlərə uyğun olaraq Bakıxanov, Ceyhun Hacıbəyli və Səxavət Quliyev küçələrinin kəsişməsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə əlavə xətlərin çəkilişi işləri görülür. Bu məqsədlə sözügesən ərazidə 130 metr uzunluğunda və 300 mm diametrində yeni borular qoyulub 11 ədəd yeni yağış barmaqlıqları quraşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan kompleks tədbirlərin davamı olaraq Qaradağ, Abşeron, Yasamal, Nərimanov, Səbail, Nizami və Binəqədi rayonları ərazisində yerləşən küçə və prospektllərdə müxtəlif diametrlərə malik yeni yağış-kanalizasiya xəttinin çəkilməsi və xətt üzərinə yeni su qəbuledici barmaqlığın quraşdırılması da nəzərdə tutulub.

Ümumilikdə isə son 3 il ərzində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün aparılan kompleks tədbirlər zamanı Bakı şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 10 km-ə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib, əlavə yağış barmaqlıqları quraşdırılıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

24 Dekabr 2018 18:00 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə