Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə 27 Azərbaycanlı müəllifin 38 adda kitabı nəşr olunub

Türkiyədə 27 Azərbaycanlı müəllifin 38 adda kitabı nəşr olunub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən etibarən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində, Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunan razılığa əsasən, bu günə qədər  klassik və müasir dövr olmaqla 27 Azərbaycanlı müəllifin 38 adda kitabının tərcüməsi və çapı başa çatdırılıb, kitablar Türkiyəli oxucuların diqqətinə təqdim edilib.

Nəşr olunan kitabların siyahısına 2 elmi, 16 bədii əsər və 20 uşaq ədəbiyyatı daxildir: Yusif  Vəzir Çəmənzəminli “Qan içində”, Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları”, Yusif Səmədoğlu “Qətl günü”, Əbdürrəhim bəy Haqverdiyev “Seçilmiş hekayələr” I-II cild, Mir Cəlal Paşayev “Bir gəncin manifesti”, Mir Cəlal Paşayev “Füzulinin poetik xüsusiyyətləri”, İlyas Əfəndiyev “Körpü salanlar”, Fərman Kərimzadə “Qarlı aşırım”, Məmməd Səid Ordubadi “Qılınc və qələm” I-II cild, Cəfər Cabbarlı “Seçilmiş hekayələr”, Saday Budaqlı “Yol boyu söhbət”, Ənvər Məmmədxanlı “Babək”, Nizami Cəfərov “Səməd Mənsurun poeziyası”, Mövlud Süleymanlı “Dəyirman”, Afaq Məsud “Azadlıq”, İsi Məlikzadə “Quyu”, Nizami Gəncəvi “Şah və xidmətçi”, Nizami Gəncəvi “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi”, Nizami Gəncəvi “Kərpickəsən”, Mirzə Ələkbər Sabir “Təmsillər”, Mikayıl Müşfiq “Əhməd, Bəbir, Sara, Güllü”, Mir Cəlal “İki rəssam”, Soltan Məcid Qənizadə “Nağıl”, Abdulla Şaiq “Yaxşı arxa”, Cəfər Cabbarlı “Ölkəm”, Nigar Rəfibəyli “Bir cüt xurma ağacı”, Rəsul Rza “Təranənin oyuncaqları”, Xanımana Əlibəyli “Ağ çəmən”, Əbdürrəhim bəy Haqverdiyev “Ovçu Qasım”, İlyas Tapdıq “Bir evim var”, Fikrət Sadıq “Bala kirpi”, Teymur Elçin “Balaca Aytən”, Simax Şeyda “Təyyarə”, “Qarışqa və göyərçin”, “Məlikməmmədlə vəfalı atın nağılı”, “Xoruz”.

Mədəniyyət Nazirliyi və “Zengin Yayıncılık” nəşriyyatının işbirliyi ilə AKDT layihəsi çərçivəsində 2 il yarım müddətində Azərbaycan kitablarının Türkiyədə tanıdılması işi uğurla davam etdirilib. Nəticədə Azərbaycan kitabının, ədəbiyyatının oxucusu günbəgün artmaqdadır. Gələcəkdə layihə üzrə Azərbaycan kitablarının tərcüməsi, çapı və yayılması işinin müxtəlif ölkələrdə davam etdirilməsi planlaşdırılır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 Dekabr 2018 17:12 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə