Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya çempionatı medallarına 200 iddiaçı

Sabah Sankt-Peterburqda  rapid  və  blits  üzrə  dünya  çempionatının  açılış  mərasimi  olacaq.  Rusiyanın  e3e5  saytının  yaydığı  xəbərə  görə,  kişilərin  rapid  çempionatında  200 şahmatçı ,  o cümlədən  143  qrossmeyster  mübarizə  aparacaq.  Qadınların  turnirində  isə  bu  rəqəmlər  müvafiq  surətdə  119  və  68-dir.

Biz  dünya  çempionatında  Azərbaycanı  Şəhriyar  Məmmədyarov, Rauf  Məmmədov, Türkan  və  Zeynəb  Məmmədyarovalar  və  Günay  Məmmədzadənin  təmsıl   edəcəkləri  barədə  məlumat  vermişdik.  İndi  isə  məlum  olmuşdur  ki,  kişilərdən ibarət  milli  komandamızın  daha  bir  üzvü  Qədir  Hüseynov  da  yarış  iştirakçıları  sırasındadır.

Sankt – Peterburqda  dünya çempionatına  rapid  görüşləri  ilə  start  veriləcək.  Sürətlı  şahmatın  bu  növündə rəqiblər  üç  gün  mübarizə  aparacaqlar (26-28  dekabr). Blits  turniri  isə  dekabrın  29-30-da  keçiriləcəkdir.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

24 Dekabr 2018 17:03 - İDMAN
İDMAN
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə