Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzər regionu qonşu dövlətlər arasında sülh və əməkdaşlıq məkanına çevrilir

Xəzər regionu qonşu dövlətlər arasında sülh və əməkdaşlıq məkanına çevrilir

 Bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzalayıblar. Dövlətimizin başçısı cənab İlham Əliyev sammit çərçivəsində keçirilən görüşlərdə haqlı olaraq vurğulayıb ki, Konvensiyanın imzalanması  böyük tarixi əhəmiyyəti olan hadisədir. 
Bu mühüm sənəd nəinki regionda, eləcə də beynəlxalq aləmdə dövlətlər, xalqlar arasında sülh və təhlükəsizliyə böyük töhfə verəcək. 
Yeri gəlmişkən, Aktauda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyadan başqa, nəqliyyat, ticarət-iqtisadi sahədə əməkdaşlıq və dənizdə insidentlərin qarşısının alınması ilə bağlı daha altı saziş imzalanıb. Şübhə etmirəm ki, bütün bu vacib sənədlər Xəzəryanı ölkələrin, o cümlədən müstəqil Azərbaycanın iqtisadi qüdrətinin daha da artması üçün etibarlı zəmin yaradacaq. 
Bəli, bu gün Xəzər regionu qonşu dövlətlər arasında sülh və əməkdaşlıq nümunəsinə çevrilir.  Ulu öndər Heydər Əliyev ölkəmizin iqtisadiyyatının region dövlətləri ilə sıx inteqrasiyasına böyük önəm verirdi. Təqdirəlayiq haldır ki, bu müdrik siyasət Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən yeni dövrün reallıqları nəzərə alınmaqla, böyük uğurla davam etdirilir. Azərbaycan dövləti, onun lideri bu gün dünyada böyük nüfuz sahibidir. Biz, ölkə ziyalıları bundan dərin qürur duyuruq. 
Bir məqamı qeyd etmək istəyirəm. Hər bir ölkə, ilk növbədə, region dövlətləri ilə qarşılıqlı etimad, faydalı əməkdaşlıq yolu ilə inkişaf və tərəqqi edə bilər. Azərbaycan dövləti işğalçı Ermənistandan tamamilə fərqli olaraq, məhz bu yolu seçib. Rəsmi Yerevanın özünütəcrid siyasəti isə Ermənistanı böhrana, çıxılmaz vəziyyətə, səfalətə aparır. Fikrimcə, işğalçı ölkədə baş verən son hadisələr buna bariz sübutdur. 
Azərbaycan dövlətinin, xalqımızın əsas məqsədi doğma Qarabağımızı yağı düşməndən azad etməkdir. Əminəm ki, müstəqil Azərbaycan gücləndikcə, Böyük Qələbəmiz daha da yaxınlaşır. 
Atamoğlan Məmmədli,  
Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti, 
tarix üzrə fəlsəfə doktoru   

15 2018 20:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə