Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə Patrik Şanahan təyin ediləcək

Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə Patrik Şanahan təyin ediləcək

ABŞ müdafiə nazirinin birinci müavini Patrik Şanahan 2019-cu il yanvar ayının 1-dən müvəqqəti olaraq Pentaqon rəhbərinin səlahiyyətlərini icra edəcək.

Bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb. D.Tramp bildirib: "ABŞ müdafiə nazirinin birinci müavini, istedadlı Patrik Şanahanın 2019-cu il yanvar ayının 1-dən Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsini tutacağını bəyan etməkdən şadam. Patrik nazir müavini və "Bpeing" şirkətində işlədiyi zaman çox şeyə nail olub".

Qeyd edək ki, Patrik Şanahan Vaşinqton universitetini bitirmiş, Massaçusets Texnologiya İnstitutunda mühəndislik üzrə magistr təhsili almışdır. 1986-cı ildən sonra Boeing korporasiyasında Boeing 767, Boeing 757 təyyarələrinin istehsalına kuratorluq etmişdir. Şanahan daha sonra Filadelfiyada döyüş vertolyotları bölməsində çalışmış, 2004-cü ildən ballistik raketlər sahəsində işlərə rəhbərlik etmişdir. 2007-ci ildən yenidən mülki aviasiya sahəsinə qayıdan Şanahan 2008-ci ildən korporasiyada baş vitse-prezident vəzifəsini tutaraq bütün sərnişin təyyarələrinin istehsalı proqramı üzrə məsul şəxs olmuşdur. 2017-ci il iyulun 19-dan ABŞ müdafiə nazirinin müavini təyin edilmişdir.

24 Dekabr 2018 11:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə