Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il 137 modul tipli məktəb istifadəyə veriləcək

Bu il 137 modul tipli məktəb istifadəyə veriləcək

Son illər Azərbaycanda modul tipli məktəblərin tikintisinə xüsusi diqqət yetirilir.
Belə məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq 50 yerlik səyyar məktəb quraşdırılır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cari ildə 137 modul tipli məktəbin istifadəyə verilməli olduğunu, eləcə də Bakı şəhərində 12 məktəbin əsaslı təmir ediləcəyini söyləyib.
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

15 2018 20:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə