Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxanada “Ziya Bünyadov-95” və “Mehdi Hüseynzadə-100” adlı kitab sərgiləri açılmışdır

Milli Kitabxanada “Ziya Bünyadov-95” və “Mehdi Hüseynzadə-100” adlı kitab sərgiləri açılmışdır

Azərbaycan Milli Kitabxanasında Azərbaycan  şərqşünaslıq elminin korifeylərindən biri, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Əməkdar elm xadimi, akademik Ziya Musa oğlu Bünyadovun anadan olmasının 95 illiyi münasibətilə “Ziya Bünyadov-95” adlı kitab sərgisi açılmışdır.

Sərgidə akademikin  Azərbaycan, rus və digər dillərdə nəşr olunmuş əsərləri, redaktoru, tərtibçisi olduğu, rəy verdiyi və haqqında yazılan kitablar nümayiş olunmuşdur.

Eyni zamanda Azərbaycan Milli Kitabxanasında  Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət  hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə “Mehdi Hüseynzadə-100” adlı kitab sərgisi açılmışdır.

Sərgidə Azərbaycan, rus və digər dillərdə Mehdi Hüseynzadə haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunmuşdur.

Sərgi bir həftə davam edəcək. 

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 Dekabr 2018 15:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə