Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Xəzəryanı ölkələrin XXV yubiley festivalında

Azərbaycan Xəzəryanı ölkələrin XXV yubiley festivalında

Rusiya Federasiyasının Həştərxan şəhərində gənc maestroların "Zolotoy klyuçik" adlı Xəzəryanı ölkələrin XXV yubiley festivalının qala konserti keçirilib.

Konsertdə Rusiya Federasiyası, Azərbaycan, Dağıstan və Qazaxıstandan olan iştirakçılar çıxış ediblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzinin "Məkan" rəqs ansamblı konsertdə uğurla çıxış edib. Rəqs ansamblı laureat adını qazanıb və Diplomla təltif edilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 Dekabr 2018 15:30 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə