Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı metrosunda “Azərbaycanın görkəmli rəssamları” adlı sərgi təşkil edilib

Bakı metrosunda “Azərbaycanın görkəmli rəssamları” adlı sərgi təşkil edilib

“Bakı Metropoliteni” QSC-nin “Nəriman Nərimanov” stansiyasında “Azərbaycanın görkəmli rəssamları” adlı sərgi təşkil edilib.

Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi  ilə “Metro Gallery ” layihəsi çərçivəsində keçirilir.

Sərgini “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıq elan edib. O, bildirib ki, sərgidə nümayiş etdirilən əsərlərlə tanış olduqdan sonra onların üzərindəki kod vasitəsilə əsərləri virtual formada da izləmək mümkündür.

Tədbirdə iştirak edən Mədəniyyət Nazirliyinin sektor müdiri İntiqam Hümbətov isə bu tip layihələri təqdirəlayiq hesab edərək, sərginin ictimai nəqliyyatda Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə xüsusi töhfə olduğunu vurğulayıb.

Qeyd edək ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid, XVII əsrdən bu günə qədərki dövrə aid 85 boyakarlıq və qrafik əsər təqdim olunur. 6 ay davam edəcək sərgidə metro sərnişinləri Azərbaycanın təsviri sənət tarixində önəmli yer tutan Mirzə Qədim İrəvani, Əzim Əzimzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Çingiz Fərzəliyev və başqa rəssamların yaradıcılığından nümunələrlə tanış olmaq imkanı əldə edəcəklər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 Dekabr 2018 15:25 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə