Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FİFA: rəqəmlər sübut edir ki,Rusiyada dünya çempionatı tarixdə ən yaxşı çempionat olub

RİA “ Novosti”nin Beynəlxalq  Futbol Federasiyasının ( FİFA)  mətbuat  xidmətinə istinadla  bildirdiyi  kimi,  assosiasiyanın  kommersiya  direktoru Filip  Le Flokun  dediyinə  görə, rəqəmlər  sübut  edir  ki,  Rusiyada  futbol  üzrə  dünya  çempionatı  tarixdə  ən yaxşı  çempionat  olub.

Sayca  21-ci  dünya  futbol  çempionatı 2018-ci  il  iyunun  14-dən  iyulun  15-dək  Rusiyanın  11  şəhərində  keçirilib.  Dünən  FİFA  belə  bir  məlumat  yayıb ki,turnirin  matçlarını  rekord  sayda  tamaşaçı--dünyanın  bütün  ölkələrində  4  və  daha  yuxarı  yaşlarda  3,572  milyard  insan  izləyib.

 

“Xalq qəzeti”

22 Dekabr 2018 12:30 - İDMAN
İDMAN
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə