Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşçi qrupunun iclası keçirilib

İşçi qrupunun iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının iştirakı ilə Nazirlik yanında İctimai Şuranın Vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla iş üzrə İşçi qrupunun iclası keçirilib.

İclasda əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində aparılan işlərdə ictimai iştirakçılığın təmin olunması üçün aparılan işlər diqqətə çatdırılıb. Nazirliyin fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha səmərəli və geniş müstəvidə qurulması üçün müvafiq işlərin aparıldığı qeyd edilib. İdarəçilik və xidmət sahələrinin innovativ həllərin tətbiqi və şəffaf mexanizmlər əsasında təkmilləşdirilməsində, bu sahələrə güclü ictimai nəzarətin təmin edilməsində İctimai şurada təmsil olunan qeyri-hökümət təşkilatlarının (QHT) potensiallarından istifadəyə gələcəkdə də xüsusi önəm veriləcəyi bildirilib.

İctimai şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu şuranın fəaliyyəti barədə məlumat verib. O, İctimai şuranın üzvlərinə nazirliyin fəaliyyət sahələri üzrə ictimai nəzarətin həyata keçirilməsində şəratin yaradıldığını, şura tərəfindən əmək, məşğulluq, sosial təminat, reabilitasiya və s. sahələrdə xidmətlərdə şəffaflığın təmin olunmasında yaxından dəstək göstərildiyini deyib. Şuranın üzvləri Rauf Zeyni və Əliməmməd Nuriyevin təklifləri də müzakirə olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 Dekabr 2018 11:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə