Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri  cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm. 
Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Qarşılıqlı ticari-iqtisadi və investisiya əlaqələri durmadan inkişaf edir, energetika, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli birgə layihələr həyata keçirilir. 
Əminəm ki, praktiki kooperasiyanın daha da genişlənməsi, qarşılıqlı faydalı yeni təşəbbüslərin inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına tamamilə uyğundur. 
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm. 
Hörmətlə,

 

Dmitri MEDVEDEV
Rusiya Federasiyası hökumətinin sədri

22 Dekabr 2018 01:46 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə