Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz, nadir siyasi uzaqgörənliyə, zəngin təcrübəyə və rəhbərlik istedadına malik olmaqla, həyatınızı dövlətə xidmətə, onun təsisatlarının təkmilləşdirilməsinə, iqtisadiyyatın inkişafı və sosial rifahın təmin olunmasına həsr etmisiniz. Sizin səylərinizlə ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün möhkəm təməl yaradılıb. Bu gün biz həmin çoxillik işin nəticələrini görürük, dünyada siyasi və iqtisadi vəziyyətin heç də sadə olmaması fonunda Azərbaycan davamlı irəliləyiş nümayiş etdirir. 
İcazə verin, LUKOYL şirkətinin Azərbaycan Respublikasında fəaliyyətinə göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirim. Sizi əmin etmək istəyirəm ki, biz qarşımıza qoyulmuş bütün vəzifələri fəal surətdə yerinə yetirməkdə davam etməyə və birgə layihələr üzrə əməkdaşlığı inkişaf etdirməyə hazırıq. 
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, əmin-amanlıq və Azərbaycanın rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni böyük uğurlar diləyirəm. 
Hörmətlə,
 

 

Vahid Ələkbərov
“LUKOYL” neft şirkətinin prezidenti

22 Dekabr 2018 01:44 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə