Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tələbələrinin II qurultayının iştirakçılarına

Azərbaycan tələbələrinin II qurultayının iştirakçılarına

Hörmətli qurultay iştirakçıları!
Əziz tələbələr!

Sizi – Azərbaycan tələbələrinin II qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır, sizin simanızda ölkəmizin bütün tələbə gənclərinə ən xoş arzularımı yetirir və qurultayın işinə uğurlar arzulayıram. 
Bugünkü ali məclisinizin “Azərbaycan Xalq Cümhuriyyəti ili”nə təsadüf etməsi əlamətdar haldır. Ölkəmizdə ana dilində tədrisə başlanılması, ilk universitetin yaradılması və azərbaycanlı gənclərin xaricdə ali təhsil almağa göndərilməsinin təməli Xalq Cümhuriyyəti dövründə qoyulmuş, bu ənənə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən davam etdirilmişdir. Məhz ulu öndərin təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş Sovetlər Birliyinin məşhur ali məktəblərində təhsil alaraq vətənimizin yüksəlişi naminə cəmiyyət həyatının ən müxtəlif sahələrində əzmkarlıqla çalışmışlar. 
Müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmış, gəncliyin inkişafı və təhsili ilə bağlı bir sıra dövlət proqramları qəbul edilmişdir. Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək, gənclərimiz ən yeni bilik və texnologiyaları mənimsəyərək yüksək hazırlıqlı kadrlar kimi ictimai-siyasi, iqtisadi və mədəni həyatda təqdirəlayiq fəaliyyətləri ilə ölkəmizin tərəqqisi naminə öz töhfələrini verəcəklər. 
Əziz gənclər!
Siz çiçəklənən gözəl bir ölkədə yaşayırsınız. Hamılıqla uğurlarınıza ürəkdən sevinirik. Zəngin bilikli və dərin mənəviyyatlı vətənpərvər gənclik olaraq formalaşmağınız gələcəyə inamımızı artırır, qəlbimizi qürur hissi ilə doldurur. Sizinlə fəxr edirik. 
Azərbaycanın gələcəyi məhz sizlərin bilik səviyyənizdən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığınızdan asılı olacaqdır. Sizin dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağınıza inanıram. 
Dərin hörmət və ehtiramla,

 

Mehriban ƏLİYEVA
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Bakı şəhəri, 20 dekabr 2018-ci il

22 Dekabr 2018 01:31 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə