Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qurban Qurbanov: Artıq Avroliqa haqqında fikirləşməliyik

Qurban Qurbanov: Artıq  Avroliqa haqqında fikirləşməliyik

Trend-in məlumatına görə, bunu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə Belarusun BATE klubu ilə 1:1 hesablı (ilk oyun 0:1) heç-heçə edərək turnirdə mübarizəni dayandıran “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Q.Qurbanov BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edib:
“Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdi. Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlik barədə heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqqında fikirləşməliyik”.
Qeyd edək ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova) - “Valür” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

15 2018 20:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə